|
Yeni QHT şəbəkəsi təsis edildi
26/11/2010
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 26
noyabr, 2010-cu il
tarixində Azərbaycan İnsan Hüquqları Evində (Cəfər Cabbarlı 30) Azərbaycanın
rayonlarında gender və qadın haqları sahəsində fəaliyyət göstərən QHT-lərin
iştirakı ilə Konfrans/dəyirmi masa keçirdi. Konfransın keçirilməsində məqsəd bu
QHT lərin şəbəkəsini yaratmaq məqsədilə bu təşkilatları ehtiyaclarının bir daha
müəyyənləşdirilməsi və yaradılacaq şəbəkənin Azərbaycanda gender bərabərliyinin
bərqarar olması və qadın haqlarının qorunması istiqamətində görə biləcəyi
işlərin müzakirə vasitəsilə aydınlaşdırılması idi. Tədbirdə 30 rayon
təşkilatından 36 nümayəndə iştirak edirdi.
ardı
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) həyata
keçirdiyi layihələrlə bağlı təqdimat hazırlayib.
Tanış
olmaq üçün zəhmət olmasa,
yükləyin
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il
tarixində 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirib
02/07/2010
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il
tarixində saat 10:00-dan 13:00-a qədər Hyatt Tower I (İzmir küçəsi 1033)
“Əmirov” zalında 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans
keçirmişdir. Konfransa dövlət strukturlarının, yerli və beynəlxalq QHT-nin,
beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya
vasitələrinin (KİV) nümayəndələri iştirak etmişdir.
ardı
GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədova Azadlıq Radiosunun "İşdən sonra"
verilişinin qonağı olub
08/03/2010
«Kişilərin
maarifləndirilməsinə ehtiyac var». Gender bərabərliyi və qadın təşəbbüsləri
İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova belə hesab edir. Martın
8-i «İşdən sonra»da Azərbaycanda qərar qəbul edilməsi prosesində qadınların
iştirakı mövzusu müzakirə olunub. Ülviyyə Məmmədova deyir ki, ailədə məsuliyyət
bölüşdürülməlidir:
- Biz Azərbaycanda qadınlar arasında sorğu keçirdik. Məlum oldu ki, onlar
işləməyin tərəfdarıdırlar. Qadınların evlə bağlılığı, ana olaraq
məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir
ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət
götürməlidir. Məsuliyyətlərin bölüşdürülməsi olmalıdır. Biz iş mexanizmimizi
dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul
etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə
tərzinin dəyişməsinə təsir göstərsin. Yalnız qadınlarla effektiv iş görmək olmur.
Mentalitetə qayıtsaq, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq
etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi doğru deyil.
ardı
dinlə &
yüklə
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
“Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim”
layihəsinini icra edib
22/02/2010
 Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi PRAXİS Sosial İnkişafa Dəstək
İctimai Birliyinin əməkdaşlığı və Equitas Beynəlxalq İnsan Hüquqları Təhsili
Mərkəzinin dəstəyi ilə “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim”
layihəsini həyata keçirir. Layihə
çərçivəsində məcburi köçkün qadınlarla işləyən təlimçilərin bilik və
bacarıqlarının artırılması, yeni təcrübələrin öyrədilməsi və fikir mübadiləsinin
aparılmsı məqsədilə 4 günlük təlim nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan təlim 13,14 və 20,21 fevral 2010-cu il tarixlərdə Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin ofisində keçirilmiş və
təlimdə ölkənin müxtəlif yerlərindən məcburi köçkün qadınlarla işləyən 10
təcrübəli təlimçi iştirak etmişdir.
ardı
&
fotolar
GBQT IB Neftçala, Lənkəran və
Kürdəmir rayonlarında uğur qazanmış qadın iş adamı ilə yerli qadınların görüşünü
təşkil edib
18/12/2009
18-19-26
dekabr 2009-cu il tarixlərində Neftçala, Lənkəran və Kürdəmir rayonlarında
region qadınlarının maarifləndirilməsi məqsədilə Gender Bərabərliyi və Qadın
Təşəbbüsləri İctimai Birliyinin fəaliyyətinin davamı olaraq uğur qazanmış qadın
iş adamı ilə görüş mövzusu üzrə nəzərdə tutulan ikinci görüşlər baş tutmuşdur.
Ağamirzəyevə Fatimət xalçaçılıq üzrə tanınmış iş adamıdır. O, qadınlara
fəaliyyətlərindən, qarşılaşdığı maneələrdən, həmin maneələrin aradan
qaldırılması yollarından və qazandığı uğurlardan söhbət açmış, qadınları
stimullaşdırmış və onların yüksək marağına səbəb olmuşdur.
ardı
& fotolar
GBQT IB regionlarda qadınların
maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə
görüşlər təşkil edib
12/11/2009
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu
-Yardım Fondunun təşkilata ayırdığı 15488 saylı institutsional dəstək layihəsi
çərçivəsində regionlarda qadınların maarifləndirilməsi, onların bilik və
bacarıqlarının atırılması məqsədilə 4 mövzu üzrə ekspertlərlə birgə görüşlər
keçirməyi nəzərdə tutmuşdur. Bu mövzular aşağıdakılardan ibarətdir: 1. Məişət
zorakılğı və onu yaradan əsas səbəblər; 2.Uğur qazanmış qadın iş adamı ilə görüş;
3.Gender bərabərliyi və qadın hüquqlarının əsasları, sərəncamlar, qanunlar və
konvensiyalar; 4.Liderliyin formalaşmasında psixoloji amillər.
ardı
& fotolar
Lənkəran,
Kürdəmir,
Neftçala
GBQT IB 2008-ci ildə icra etdiyi layihələrinin nəticələri ilə bağlı konfrans
keçirib
30/07/2009
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 30 iyun 2009-cu il
tarixində saat 10:00 dan 13:00 qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov”
zalında 2008-ci il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir.
Konfransa dövlət strukturlarının yerli və beynəlxalq QHT-lərin, beynəlxalq
təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin
(KİV) nümayəndələri dəvət olunmuşdur.
Konfransı giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai
Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova təşkilatın 2008-ci il üzrə
fəaliyyətinin yekunlarını və təşkilatın əldə etdiyi ən mühüm nailiyyətləri
haqqında, həmçinin Məişət Zorakılığı haqqında Azərbaycan Respublikasının qanun
layihəsi ilə bağlı və digər mühüm məsələlərlə bağlı təşkilatın gördüyü işlər
barədə məlumat vermişdir.
ardı
& fotolar
GBQT IB “Məişət
Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsini müzakirəyə
çıxarıb
08/05/2009
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) Açıq Cəmiyyət
İnstitutu Yardım Fondunun maliyyə dəstəiyilə 8 may, 2009-cu il, saat 11:00 –
12:30 –da Caspian Plazanın Konfrans Zalında Dəyirmi Masa keçirmişdir. Dəyirmi
Masanın mövzusu “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması
Haqqında” qanun layihəsi ətrafında müzakirələr idi.
ardı
& fotolar
GBQT IB “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə
Əməkdaşlığında Gender bərabərliyi və qadınların
səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda
Dəyirmi Masa keçirib
19/12/2008
Gender
Bərabərliyi və Qadın Təşəbbüsləri İB Kaspian Plaza Mətbuat
zalında “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə
Əməkdaşlığında Gender bərabərliyi və qadınların
səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda
Dəyirmi Masa keçirib. Dəyirmi Masanın
gündəliyinə GBQT İB haqda qısa təqdimat, İnkişaf üzrə
Əməkdaşlıq və Gender Layihəsinin və İctimai Vəkillik Kağızının
təqdimatı, Avropa Qonşuluq Siyasətində və Şərqi Əməkdaşlıq
Layihəsində prioritetlər və gender məsələsi, Avropa Şurasının
gender bərabərliyi barədə tövsiyələrinin vətəndaş cəmiyyəti
tərəfindən tətbiqinin monitorinqi və. sair məsələlər daxil
edilərək müzakirə olunub.
ardı
& fotolar |